azerbaycanxeberleritv.az » Manşet » Hakan Fidan Ukrayna münaqişəsinin nüvə silahından istifadəyə qədər genişlənə biləcəyini ehtimal etdi
Manşet / Siyasət / 11-12-2024, 11:21

Hakan Fidan Ukrayna münaqişəsinin nüvə silahından istifadəyə qədər genişlənə biləcəyini ehtimal etdi

 Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ukrayna münaqişəsinin coğrafi genişlənməsi və nüvə silahından istifadə risklərini görür.


Bu barədə Azerbaycanxeberleritv.az TASS-a istinadən məlumat verir.


"Biz müharibənin coğrafi cəhətdən genişlənəcəyi və daha təhlükəli ölçüyə çevriləcəyi, nüvə silahından istifadəyə qədər gedə biləcəyi ehtimalını görürük. Əvvəlki çıxışlarımda bu risklər barədə dəfələrlə danışmışam. Öz tərəfimizdən biz 2025-ci ildə artıq üç ildir davam edən Ukrayna müharibəsini danışıqlar yolu ilə mümkün qədər tez başa çatdırmaq üçün səylərimizi davam etdirəcəyik", - deyə Fidan parlamentdəki çıxışında bildirib.


O, həmçinin qeyd edib ki, Qərb ölkələrinin Ukraynaya göstərdiyi hərbi dəstək və Ukraynanın Rusiya ərazisinə hücumları regionda gərginliyi artırıb.


Hakan Fidan


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.