azerbaycanxeberleritv.az » Manşet » Bakıda yaşayış binasında yanğın - 3 nəfər xilas edildi
Manşet / Hadisə / 11-12-2024, 11:47

Bakıda yaşayış binasında yanğın - 3 nəfər xilas edildi

 Nəsimidə yanğın zamanı 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.


Bu barədə "Azerbaycanxeberleritv.az "a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.



Bildirilib ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib. Ümumi sahəsi 23 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və məişət əşyaları yanıb.


Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.