azerbaycanxeberleritv.az » Manşet » DünyaPutinin bu davranışı Şoltsu əsəbiləşdirib: Ona yenə ZƏNG EDƏCƏK
Manşet / Siyasət / 12-12-2024, 11:19

DünyaPutinin bu davranışı Şoltsu əsəbiləşdirib: Ona yenə ZƏNG EDƏCƏK

 Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə yenidən zəng etmək istəyir.


Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti yazıb.


“Bunu etmək lazımdır və mən bunu yenidən edəcəm. Amma bununla bağlı heç bir illüziyaya qapılmamalıdır”, - kansler Rusiya lideri ilə telefon danışığını şərh edərkən deyib.


Şolts deyib ki, o, Vladimir Putinin söhbət zamanı “bütün düsturlarını təkrarlamasından” əsəbiləşib.


Xatırladaq ki, dekabrın 2-də Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub. Siyasətçilər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.