2006-cı ildə partlayıcı maddələrin təyyarələrə gətirilməsinin qarşısını almaq üçün tətbiq edilən maye maddələrə qoyulan qadağa aradan qaldırıla bilər.
Azərbaycanxeberleritv. azxəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) prezidenti Villi Uolş məlumat verib.
O qeyd edib ki, yeni nəsil CT (Kompüterli Tomoqrafiya) skanerlərinin inkişafı ilə məhdudlaşdırma ehtiyacı sual altındadır.
"Maye məhdudiyyəti gələcəkdə tətbiq olunmayacaq, lakin dəqiq vaxt məlum deyil", - Villi Uolş bildirib.