azerbaycanxeberleritv.az » Manşet » Konstruksiya dəyişikliyi etdiyi avtomobilini “TikTok”da paylaşan sürücü həbs olundu
Manşet / Hadisə / 13-12-2024, 12:54

Konstruksiya dəyişikliyi etdiyi avtomobilini “TikTok”da paylaşan sürücü həbs olundu

 Paytaxt əraizisində konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.


DİN-in Mətbuat Xidmətindən "Azerbaycanxeberleritv.az"a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.



Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.


Məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.