azerbaycanxeberleritv.az » Manşet » DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək
Manşet / Sosial / 13-12-2024, 11:14

DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək

 Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün təşkil ediləcək imtahanlarda 1542 nəfər qeydiyyatdan keçib.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki,bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.



Qeyd edilib ki, dekabrın 16-da keçiriləcək imtahanlar DİM-in elektron imtahanlar korpusunda və Gəncə Regional Bölməsində keçiriləcək.


İmtahan 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.