azerbaycanxeberleritv.az » Manşet » Bakıda əməliyyat - Narkokuryerlər saxlanıldı (VİDEO)
Manşet / Hadisə / 13-12-2024, 14:19

Bakıda əməliyyat - Narkokuryerlər saxlanıldı (VİDEO)

 

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı İlkin Dadaşov, Natiq Yusifov, Ruslan İsmayılov, Vüqar Əliyev, Qaryağdı Ruşanov və Elşən Muradov saxlanılıblar.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, onlardan ümumilikdə 23  kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanaraq götürülüb.


Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Bakı şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 şəxs saxlanılaraq istintaqa təqdim edilib. 

Faktlarla bağlı cinayət işləri başlanılıb. 

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.