azerbaycanxeberleritv.az » Manşet » Hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi - FOTO
Manşet / Sosial / 14-12-2024, 10:23

Hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi - FOTO

  Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.



Toplantıda xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş 34 nümayəndəsi iştirak edib. 


Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışaraq bildirib ki, Azərbaycan tarixi Zəfər qazanaraq 30 illik işğalı sona çatdırdı, separatçı rejimə son qoydu və Cənubi Qafqaz regionunun təhlükəsizliyi təmin edildi.


Toplantıda 2024-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən attaşelərin ölkəmizin müxtəlif ərazilərinə etdikləri ziyarətlər barədə geniş məlumat verilib. Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.






AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.