azerbaycanxeberleritv.az » Manşet » Lamin Yamal zədələndi
Manşet / İdman / 16-12-2024, 16:11

Lamin Yamal zədələndi

 

Barselona"nın vingeri Lamin Yamal zədələnib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, o, ötən gecə  La Liqanın 17-ci turunun "Leqanes"lə matçında (0:1) sıradan çıxıb.


"Mundo Deportivo"nun yaydığı məlumata görə, futbolçuya ayaq biləyinin əzilməsi diaqnozu qoyulub. Onun "Atletiko" ilə qarşıdakı matçda iştirakı şübhə altındadır. Bu gün Yamal bir neçə müayinədən keçməli olacaq.

Qeyd edək ki, 17 yaşlı forvard cari mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 6 qol vurub və 12  qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.