azerbaycanxeberleritv.az » Manşet » Keçmiş futbolçu 950 kq kokain qaçaqmalçılığına görə həbs edildi
Manşet / İdman / 20-12-2024, 13:27

Keçmiş futbolçu 950 kq kokain qaçaqmalçılığına görə həbs edildi

 

İspaniyada polis Çuçi ləqəbi ilə tanınan futbolçu Xesus Emilio Diaz de Mieranı həbs edib. 

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 


İspaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, futbolçunun həbsi El Puerto de Santa Maria şəhərində (Kadis əyaləti) baş tutub.

Bilbao "Atletik"inin keçmiş futbolçusu külli miqdarda narkotik qaçaqmalçılığında ittiham olunur. O, 2009-cu ildə Argentinadan Valensiya limanına digərlərinin köməyi ilə 950 kiloqram kokain gətirib. Narkotikin qara bazarda təxmini dəyəri 32 milyon avrodan çox olub. 2014-cü ildə Miera 9 il həbs cəzasına məhkum edilib, lakin o, cəzadan yayınmaq üçün qaçıb.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.