Azerbaycanxeberleritv.az xəbər verir:Binəqədi rayonu 248saylı tam orta məktəbin idarə olunması ilə bağlı aldığımız məlumatlarda təhsildən söz belə getmir. Belə ki, pərakəndə qaydalarla idarə olunan məktəb direktor Xəyyam Fərəcovun və müavini Reyhanə Qurbanovanın bazar mühiti ilə eyni aqibəti yaşayır. Qeyd olunur ki, Reyhanə xanım dərs saatlarını 300manat pul müqabilində sözün əsl mənasında satır.Bu hal bəzən fənn müəllimlərini ağladaraq, bəzən isə məcbur edilərək baş tutur. Cəlladlığı müəllimlərin üzərində öyrənən bu başkəsən direktor müavini Reyhanə Qurbanova hər ay 30 manatdan haqq istəyir, sanki bazar piştaxtalarına nəzarət edirmiş kimi aylıq yığır. Bazara çevrilən 248 saylı tam orta məktəin bəzi müəllimləri öz fənnlər ini belə tədris etməyə lüzum görmür. Hərbi hazırlıq müəllimi dərsə gəlmir , Riyaziyyat və digər fənn müəllimləri sinifləri icarəyə götürərək hazırlıq keçirlər. Amma, təbii ki, hamı bir nəfər kimi öz haqlarına düşəni Reyhanə müəllimə peş-keş edirlər. Bir sözlə məktəbdə nə müəllim, nə şagird var. 10-11ci siniflər hər il direktor Xəyyam müəllimə və müavini Reyhanə müəllimə 1500-2000manat ödəməklə dərsdən yayınırlar. İddialara görə bu il 3nəfər müəllim 65yaşları tamam olmasına baxmayaraq, hər biri 2000manat pul ödəməklə yenidən iş fəaliyyətlərini davam etdirirlər.
Daxil olan məlumatda iddia olunur ki, 248saylı tam orta məktəbin direktor müavini Reyhanə Qurbanova özünə 2000-2005ci illərdə saxta möhürlə əmək haqqı yazdırmağa nail olub. 2005-2009 cu ilədək isə 11cilərə Reyhanə xanım sinif rəhbərliyi edib, sinifi isə riyaziyyat fənn müəllimi Mehparə müəllimin adına yazdırıb.
Bu qədər qanunsuzluzluğun və anarxiyanın tüğyan etdiyi bu məktəbdən cənab nazir Emin Əmrullayevin məlumatı yoxdurmu?
Niyə son vaxtlar təhsildə bazar təfəkkürü yaradan işbaz direktor və onların əlaltısı olan müavinləri nazirlik tərəfindən cəzalandırılmır? Niyə və nəyə susursunuz cənab nazir?!
Ölkənin təhsili məhv olur, cəngəllik qanunları ilə idarə olunan təhsil ocaqlarının sayı artır, bazar anlayışı məktəblərə qədər gəlib çatıb.
Bəs siz niyə hələ də tədbir görmürsünüz?!
Məgər xəbəriniz yoxdurmu ki, məktəblərə gedən "YOXLAMALAR" necə olur ki, əlləri ciblərində razı şəkildə qayıdırlar...
Mövzu ilə bağlı qarşı tərəf kimi 248 saylı orta məktəb rəhbərliyinin və aidiyyatı olan digər şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Müəllif:Jalə Əlövsətqızı
Tarix:20.12.2024/17:03