azerbaycanxeberleritv.az » Manşet » Sumqayıtda zavodun həyətindəki yanğın söndürüldü
Manşet / Hadisə / 21-12-2024, 13:39

Sumqayıtda zavodun həyətindəki yanğın söndürüldü

 Sumqayıt şəhərində yerləşən zavodlardan birinin həyətində yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Azerbaycanxeberleritv.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.


Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.