azerbaycanxeberleritv.az » Manşet » Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Oğlu danışdı
Manşet / Sosial / 21-12-2024, 13:56

Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Oğlu danışdı

 

Arif adlı gənc sosial şəbəkələrdə Nizami küçəsindən maraqlı kadr çəkib paylaşıb. Fotoda Azərbaycanın xalq şairi Rəsul Rzanın ev muzeyi lövhəsi yer alıb. Lakin lövhə olsa da, oranın hostel kimi fəaliyyət göstərdiyi qeyd edilib. Bu isə ictimaiyyətdə narazılığa səbəb olub. Hətta buna görə xalq şairinin oğlu, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevi tənqid ediblər.

Kult.az xəbər verir ki, Anar Rzayev Globalinfo.az-a açıqlamasında xəbəri təkzib edib.

O, ev muzeyinin yaxın zamanda açılacağını bildirib:

“Bunların hamısı boş sözlərdir. Hostel 2-ci mərtəbədə yerləşir, Rəsul Rzanın muzeyi 3-cü mərtəbədədir. Hazırda orada təmir işləri aparılır. Yaxın vaxtda açılışı olacaq. İndi camaat olmayan məsələni böyüdür, ağzına gələni yazır sosial şəbəkələrdə. Dediyim kimi, təmir bitən kimi muzeyin açılışı olacaq”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.