azerbaycanxeberleritv.az » Manşet » Tovuzda 71 nəfərin zəhərləndiyi məktəblə bağlı qərar
Manşet / Elm-təhsil / 21-12-2024, 11:30

Tovuzda 71 nəfərin zəhərləndiyi məktəblə bağlı qərar

 

Tovuzda 71 nəfərin zəhərləndiyi məktəbdə yaranmış problem aradan qaldırılıb.

Azerbaycanxeberleritv. az Report-a istinadən xəbər verir ki, Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi bərpa olunub.

Ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub, davamiyyət və tədris prosesi ilə maraqlanıb.

"Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır", - deyə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, ötən gün adı çəkilən məktəbdə yanacaq sobasında yaranmış tüstü səbəbdən 71 nəfər zəhərlənib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.