azerbaycanxeberleritv.az » Manşet » İsmayıllıda pirotexniki vasitələr satılan mağaza aşkarlanıb
Manşet / Sosial / 21-12-2024, 14:32

İsmayıllıda pirotexniki vasitələr satılan mağaza aşkarlanıb

 İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən Ş.Adıgözəlov saxlanılıb.


Azerbaycanxeberleritv.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.


Bildirilib ki, ona məxsus mağazadan müxtəlif növ pirotexniki və tezalışan maddələr aşkarlanaraq götürülüb.


Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.