azerbaycanxeberleritv.az » Manşet » İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib
Manşet / Siyasət / 25-12-2024, 22:27

İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib

 

İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

“Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbərinə çox məyus oldum. Sizə və Azərbaycan xalqına, xüsusən də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Uca Yaradandan həlak olanlara rəhmət, məğfirət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, - M.Pezeşkian qeyd edib.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.