Azərbaycanxeberleritv.az xəbər verir:Ekologiya naziri cənab Muxtar Babayevə və mətbuat orqanlarına.
Redaksiyamızın araşdırması nəticəsində məlum oldu ki, Oğuz rayonu meşəsi 25 ildi ki, Oğuz rayonu Calut 2 kəndinin Bələdiyyə sədri Adil Şükürovun oğlu Aftandil Şükürov idarə edir. Gün ərzində saysız hesabsız odunla dolu yük maşını hərəkət edir.
Aftandil Şükürovun idarə etdiyi bu cür meşələr həddən artıq çoxdur Oğuz rayon meşə təsərrüfatında əkin sahəsi sıfıra bərabərdir. Bu əkin sahələrində istər meyvə istərsə də qeyri meyvə ağacları tapmaq mümkün deyil.
Əkin sahələrində barmaqla hesablasaq 5-6ədəd ştil qalıb. Onlarda ev heyvanlarının qurbanına çevrilib.
Hal-hazırda Calut, Bucaq, Daşağıl, Xalxal, Xaçmaz meşələri biabırçı vəziyyətdədir.
Oğuz-Qəbələ Regionalnı meşələrinin bərpası idarəsinin müdiri Əkrəm Babayev, müavini Elimdar Mahmudovun qohumları tərəfindən Oğuz rayon meşələri gizli yollarla müsadirə olunur.
Sanki Azərbaycan xalqının təbii sərvətlərindən biri sayılan meşə xuliqanları tərəfindən talan olunur.
Onuda qeyd edim ki, Oğuz rayonun qaz idarəsinin 1 kilometr aşağısında yerləşən Vüqarın şəxsi meşəsi sayılan bir hissəsində Kömür zavodu tikilib.
Hansı ki, bu zavod heç bir standartlara cavab vermir. Qüsdar üsulu ilə tikilib.
Həmən Kömür zavodunu tikdirib qeyri qanuni fəaliyyət göstərən şəxs əslən Siyəzən rayonundan olan iş adamı Təbib Səfərlidir.
Həmən Təbib Səfərli Kömür Zavodunda 10 nəfər qeyri rəsmi şəkildə işçi işlədir.
Bu Kömür Zavodu ekologiya şiddətli zərbə vurur. Bu zavoda onlarla yüzlərlə yaş ağaclar kəsilib gətirilir.
Bu zavodun ekoloji böhranı həm Azərbaycan xalqı üçün həm də bütün dünya üçün böyük bir təhlükədir.
Bu il ölkəmizdə Cop 29 beynəlxalq iqlim konfransı keçirildi.
Dövlətimizin Prezidenti həmən tədbirdə 70 ölkənin qarşısında ekologiya ilə bağlı öhdəlik götürdü.
Dövlətimizin Prezidenti cənab İlham Əliyev ekologiya və meşələrə şiddətli zərbə vuranlar haqqında sərəncam imzaladı:
Sərəncamda qeyd olunur ki, Prezident İlham Əliyev ekosistimə qəsdən genişmiqyaslı uzunmüddətli və ciddi zərər vuranlar 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsini təsdiqləyib.
Burdan sual doğur.
Görəsən Oğuz-Qəbələ Regionalnı meşələrinin berpası idarəsinin müdiri Əkrəm Babayev 1ci müavini Elmidar Mahmudov və Kömür zavodunun rəhbəri əslən Siyəzən rayonundan olan Təbib Səfərlinin cənab Prezidentin sərəncamından xəbəri varmı??
Bu meşə quldurları onu da bilməlidir ki, Ümumilli liderimiz Heydər Əlirza oğlu Əliyev demişdir:
"Təbiətdən bir ağac kəsən mənim bir qolumu kəsir"
Meşə ekologiya və kömür zavodundan çəkilmiş video və şəkilləri Azerbaycanxeberleritv.az saytında və youtube kanalında izləyicilərə təqdim edirik.
Müəllif:Jalə Əlövsətqızı
Tarix:27.12.2024/15:11