Polşa xarici işlər nazirinin keçmiş müavini, Seym üzvü Pavel Koval yeni dünya müharibəsinin əhəmiyyətli risklərindən danışıb.
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, onun sözlərini "Do Rzeczy" portalı sitat gətirir.
"Biz yeni dünya müharibəsinin astanasındayıq. Buna heç bir şübhəm yoxdur. 1944-cü ildən bəri heç vaxt bu dinc siyasi sistemin sonuna bu qədər yaxın olmamışıq. Biz bunu hər gün görürük", - Koval deyib.
Onun sözlərinə görə, hazırda dünyada gedən münaqişələr “çox genişmiqyaslı və yüksək intensiv xarakter daşıyır”. Siyasətçi qeyd edib ki, qloballaşma şüarı ilə inkişaf edən beynəlxalq sistem artıq başa çatıb.