azerbaycanxeberleritv.az » Manşet » Milli Qəhrəmanın oğlunun toyudur - FOTO
Manşet / Sosial / 28-12-2024, 20:43

Milli Qəhrəmanın oğlunun toyudur - FOTO

 

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev toyudur.

Azerbaycanxeberleritv.az axsam.az-a istinadla xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Elvin Ülkər adlı xanımla evlənir. Cütlüyün toyu Bakıdakı restoranların birində baş tutur.

Onların nişan mərasimi iki ay əvvəl olub.

Qeyd edək ki, İlqar Mirzəyev 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısını alarkən şəhid olub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.