azerbaycanxeberleritv.az » Manşet » BU GÜN AZƏRBAYCANIN  MİLLİ QƏHRƏMANI , ŞƏHİD GENERAL -MAYOR  POLAD  HƏŞİMOVUN DOĞUM GÜNÜDÜR.
Manşet / Gündəm / Müharibə / Qan yaddaşı / 2-01-2025, 10:31

BU GÜN AZƏRBAYCANIN  MİLLİ QƏHRƏMANI , ŞƏHİD GENERAL -MAYOR  POLAD  HƏŞİMOVUN DOĞUM GÜNÜDÜR.

 

BU GÜN AZƏRBAYCANIN  MİLLİ QƏHRƏMANI , ŞƏHİD GENERAL -MAYOR  POLAD  HƏŞİMOVUN DOĞUM GÜNÜDÜR.
Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 2009-cu ildə isə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də ona III dərəcəli Vətənə xidmətə görə orden verilib. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhidlik zirvəsinə ucalıblar.
General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Qeyd edək ki, 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə və Bakı şəhərinin küçələrindən birinə Polad Həşimovun adı verilib.
Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adına yeni park salınıb.
 
Cənnətdəki mövludun mübarək!
 
Allah rəhmət eləsin
 
Ruhun şad olsun cənab General!

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.