azerbaycanxeberleritv.az » Manşet » Masallıda keçmiş məhkum narkotikə görə saxlanıldı
Manşet / Hadisə / 11-01-2025, 10:54

Masallıda keçmiş məhkum narkotikə görə saxlanıldı

 

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər. Tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı Eldar Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Azerbaycanxeberleritv.az"a verilən məlumata görə, onun üzərindən və istifadəsiz tikilidə gizlətdiyi yerdən 6 kiloqram marixuana aşkarlanıb.


Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.