azerbaycanxeberleritv.az » Manşet » Hindistan vətəndaşı Abşeronda faciəvi şəkildə öldü
Manşet / Hadisə / 13-01-2025, 17:34

Hindistan vətəndaşı Abşeronda faciəvi şəkildə öldü

 

Abşeronda zavodda iki Hindistan vətəndaşının xəsarət alması, nəticədə birinin ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Azerbaycanxeberleritv.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.