azerbaycanxeberleritv.az » Manşet » Bakıda 5 nəfər restorana hücum etdi: yaralanan var -
Manşet / Hadisə / 13-01-2025, 17:59

Bakıda 5 nəfər restorana hücum etdi: yaralanan var -

 

Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Sheyx Lounge" restoranına qrup şəkilində kəsici və deşici alətlərlə hücum olub.

Azerbaycanxeberleritv.az Bakues.az-a istinadla xəbər verir ki, hücum edən şəxslər sözügedən qəsəbə sakinləridir.

Restorana hücum edən 5 nəfər - Fariz Arif oğlu Qədirov, Sübhan Qədirov, Ağa Qədirov və kimliyi bilinməyən iki nəfər olub.

Restoran sahibi ilə şəxsi tanışlıqlarının olmadığı bildirilən bu şəxslər qəsəbənin imkanlı insanlarından sayılırlar. Onların hücum zamanı soyuq silahlardan istifadə etdiyi, həmçinin müştəriləri döydükləri iddia olunub.

Şahidlərin sözlərinə görə, qeyd olunan şəxslər restorana hücum zamanı obyektin işlədilməsinə icazə verməyəcəklərini bildiriblər.

Hücum nəticəsində restorana 25 min manata qədər maddi ziyan dəyib. Restoranı işlədən şəxs ayağından yaralanıb. O, həyatının təhlükə altında olduğunu bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.