azerbaycanxeberleritv.az » Manşet » Azad olunan ərazilərdə daha 247 mina zərərsizləşdirildi
Manşet / Regionlar / 13-01-2025, 18:17

Azad olunan ərazilərdə daha 247 mina zərərsizləşdirildi

 

Azad olunan ərazilərdə yanvarın 3-12-də 55 tank əleyhinə mina, 192 piyada əleyhinə mina, 567 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1043.2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.