azerbaycanxeberleritv.az » Manşet » İtkin düşən balıqçıların axtarışları davam edir - Foto
Manşet / Hadisə / 14-01-2025, 12:23

İtkin düşən balıqçıların axtarışları davam edir - Foto

 

Ötən gün səhər saatlarında balıq tutmaq üçün dənizə gedən Lənkəran rayonunun Siyavar kənd sakinləri geri qayıtmayıblar.

Azerbaycanxeberleritv.az Teleqraf.com-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun ailələri onların tapılması üçün polisə müraciət ediblər.

Hazırda Sahil Mühafizə Hissəsinin əməkdaşları balıqçıların axtarışlarını aparır.

Qeyd edək ki, hər iki şəxs uzun müddətdir balıqçılıqla məşğuldurlar.

***

13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - Mahmud İbayev və Nazim Abbasovun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.