Ötən gün səhər saatlarında balıq tutmaq üçün dənizə gedən Lənkəran rayonunun Siyavar kənd sakinləri geri qayıtmayıblar.
Azerbaycanxeberleritv.az Teleqraf.com-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun ailələri onların tapılması üçün polisə müraciət ediblər.
Hazırda Sahil Mühafizə Hissəsinin əməkdaşları balıqçıların axtarışlarını aparır.
Qeyd edək ki, hər iki şəxs uzun müddətdir balıqçılıqla məşğuldurlar.
***
13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - Mahmud İbayev və Nazim Abbasovun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.