azerbaycanxeberleritv.az » Manşet » Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var
Manşet / Hadisə / 5-02-2025, 16:07

Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var

 

Yardımlı rayonunda keçirilən əməliyyat zamanı 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxsləri ifşa ediblər.

Keçirilən əməliyyat tədbirləri ilə 39 yaşlı Elvin Novruzov və əvvəllər məhkum olunmuş 36 yaşlı Əlövsət Mustafayev saxlanılıblar. Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 20 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.