azerbaycanxeberleritv.az » Manşet » Azərbaycanda 75 metrlik şəlalə dondu - Foto
Manşet / Cəmiyyət / Regionlar / 19-02-2025, 10:55

Azərbaycanda 75 metrlik şəlalə dondu - Foto

 Ramramay şəlaləsi ecazkar mənzərə yaradıb.


Azerbaycanxeberleritv.az Report-a istinadən xəbər verir ki, donan şəlalə Qax rayonunun İlisu kəndində yerləşir.


Həmin ərazidə temperaturun - 15 dərəcəyə qədər aşağı düşməsi hündürlüyü 75 metr olan şəlalənin təmamilə donmasına səbəb olub. Böyük bir buz kütləsinə çevrilən şəlalə ətrafda gözəl bir görüntü yaradıb.


Ramramay şəlaləsinə qədər olan məsafə İlisu kəndinin yuxarı baş hissəsindən 2 kilometrdir.


Kənd sakinləri bildiriblər ki, şəlaləyə "Uaz" və "Niva"markalı avtomobillərlə getmək mümkündür.


Qeyd edək ki, Ramramay şəlaləsi ildə 2 ay, əsasən yanvar və fevral aylarında, donaraq buz kütləsinə çevrilir. Şəlalə dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, Böyük Qafqaz Sıra Dağlarının cənub ətəyində yerləşir.




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.