azerbaycanxeberleritv.az » Manşet » Füzulidə traktorla maşın toqquşdu: azyaşlı öldü
Manşet / Hadisə / Regionlar / 19-02-2025, 11:06

Füzulidə traktorla maşın toqquşdu: azyaşlı öldü

 Füzulidə traktor minik avtomobili ilə toqquşub.


Azerbaycanxeberleritv.az xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


1997-ci il təvəllüdlü Xəyyam İlham oğlu Məmmədov idarə etdiyi “Mersedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Əmrah İbrahim oğlu Məhərrəmovun “Belarus 892” markalı traktorla toqquşub.


Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb.


Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.