azerbaycanxeberleritv.az » Manşet » Masallıda şəhid övladı faciəvi şəkildə həyatını itirdi - FOTO
Manşet / Hadisə / 19-02-2025, 17:39

Masallıda şəhid övladı faciəvi şəkildə həyatını itirdi - FOTO

Masallı sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb.

Fakt.info xəbər verir ki, hadisə Masallı rayonunun Qarğalıq kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Ayxan Əzizov qonşusunun evində odlu silahla ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində ölüb. İki bacının tək qardaşı olan Ayxan rayonun perspektivli futbolçularından sayılırdı. 

Qeyd edək ki, Ayxan Əzizov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallı şəhid gizir Elvin Əzizovun oğludur. Elvin Əzizov Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.