azerbaycanxeberleritv.az » Manşet » Ağdamda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var
Manşet / Hadisə / 20-02-2025, 17:43

Ağdamda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var

 

Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azerbaycanxeberleritv.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək, yoldan çıxıb aşıb.

Nəticədə Allahverənov İlyas Allahyar oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu, 1997-ci il təvəllüdlü Əmənov Elmin Arzu oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Amik Rafiq oğlu ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.