azerbaycanxeberleritv.az » Manşet » Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başladı
Manşet / Elm-təhsil / 21-02-2025, 10:28

Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başladı

 Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.


Dövlət İmtahan Mərkəzindən (DİM) "Azərbaycan Reallığı"na verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.


Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.


Qeyd edək ki, ali məktəbələqə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart 2025-ci il tarixlərində keçiriləcək.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.