Xəbər lenti
azerbaycanxeberleritv.az » Manşet » "Qarabağ"ın oyununda dava: Bu futbolçular cəzalandırıldı
Manşet / İdman / Dün, 13:37

"Qarabağ"ın oyununda dava: Bu futbolçular cəzalandırıldı

 

Misli Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan"-"Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında bildirilib.

Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçuya 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı klub 3000 manat cərimələnib.

08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan”-“Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);

08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan”-“Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);

08.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan”-“Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilsin (maddə 51.2);



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: azerbaycanxeberleritv94@mail.ru

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.