azerbaycanxeberleritv.az » Manşet » Veldkamp da Azərbaycan sərhədinə gəldi - Foto
Manşet / Dünya / Dün, 13:46

Veldkamp da Azərbaycan sərhədinə gəldi - Foto

 

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Ermənistan-Azərbaycan sərhədinə gəliblər.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə XİN başçısı X hesabındakı paylaşımında bildirib.

Veldkamp Avropa Birliyinin "missiyası"nın üzvləri ilə görüşüb. Missiyanın müşayiəti ilə sərhədə gəlib və burada monitorinq prosesində iştirak edib.

Qeyd edək ki, Niderlandın XİN başçısının rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Ermənistana səfər edib. Veldkamp Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.