Bu gün Ağdam rayonun ziyalı insanlarından biri olan Xan Şuşinski adına Ağdam Uşaq Musiqi Məktəbinin direktoru Xətayə Cəfərovanın doğum günüdür.
Cəfərova Xətayə Zülfüqar qızı 2 aprel 1984-cü ildə Ağdam rayonunun Bağbanlar kəndində ziyalı ailəsində anadan olub..
İbtidai təhsilini Bağbanlar kəndi orta məktəbində alımışdır.1992 ci ildə məlum səbəblərdən Bakı şəhərinə ailəmlə birgə köçmüşdü.
Orta təhsilini Bakı şəhəri,Binəqədi rayonu 248 saylı tam orta məktəbdə davam etdirməklə paralel 11 saylı musiqi məktəbində kamança ixtisası üzrə 1-ci sinifə qəbul olub.
1998-ci ildə orta məktəbdə 9-cu sinfi,kamança ixtisası üzrə 5-ci sinfi bitirərək Asəf Zeynallı adına Musiqi Texnikumunun xalq çalğı alətləri şöbəsinin kamança sinfinə qəbul olub.
1999-cu ildən bu günə kimi Azərbaycan Dövlət Uşaq Fialrmıniyasının xalq çalğı alətləri ansamblında dirijor,konsertmeyster,daha sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində 1-ci dərəcəli konsertmeyster vəzifələrində çalışıb.
2002-ci ildə texnikumu bitirərək Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə kamança ixtisas üzrə qəbul olaraq xalq artisti,professor Şəfiqə Eyvazovadan dərs alıb,2006-ci ildə təhsilini bitirmişəm.
Təhsil aldığı illərdə bir sıra Respublika müsabiqələrində,Beynəlxalq müsabiqələrdə uğurları olub.
2000-ci ildə Qırğızıstan Respublikasında keçirilən "Gənc Talantlar"musiqi festivalında,2001-cı ildə "Respublika Uşaq Folklor Festivalı"nda uğurlu çıxışına görə Mədəniyyəti Nazirliyi tərəfindən diploma layiq görülüb.
Eyni zamanda 2006-cı ildə təhsilini əla qiymətlərlə davam etdirdiyinə görə S.Ələsgərov adına mükafatın laureatı olub.
2007-ci ildə Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbində konsertmeyster,2010-cu ildə Cabbar Qaryağdıoğlu adına 1 saylı Ağdam Uşaq Musiqi Məktəbində kamança müəllimi vəzifələrində çalışıb.
Müəllim işlədiyi dövrlərdə şagird hazırlığına bir sıra uğurlarına görə diplomla təltif olunub
2015-ci il noyabr ayının 13-dən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatına əsasən Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinə rəhbərlik edir.
Ailəlidir,2 övladı var.
Xan Şuşinski adına Ağdam Uşaq Musiqi məktəbinin müəllim kollektivi və şagirdləridə Xətayə müəlliməni doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirlər.Ona uzun ömür möhkəm can sağlığı arzu edirlər.
Bizdə Azerbaycanxeberleritv.az xəbər portalı olaraq Baş redaktorumuzun və komandamızın adından Xətayə müəlliməni doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir,uzun ömür möhkəm can sağlığı,ən əsası qadın xoşbəxtliyi və hər zaman və gözəl və təravətli qalmağı arzu edirik.
Bu şərəfli və məsuliyyətli peşəsində daimi müvəffəqiyyətlər arzulayırıq.
Ad gününüz mübarək!
Müəllif:J.Əlövsətqızı
Tarix:02.04.20225/00:19