azerbaycanxeberleritv.az » Manşet » Zelenskinin bunkerləri ortaya çıxdı – Kiyevin altındakı gizli yollar
Manşet / Dünya / 3-04-2025, 10:48

Zelenskinin bunkerləri ortaya çıxdı – Kiyevin altındakı gizli yollar

Zelenskinin bunkerləri ortaya çıxdı – Kiyevin altındakı gizli yollar

Ukrayna prezidenti Vladimir Zelenskinin bunkerlərinin harada olduğu haqda məlumatlar yayılıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, “Aif.ru” saytı Ukrayna prezidentinin ən azı 6 sığınacağının olduğunu iddia edir.

Saytın mənbələri bildirib ki, əsas bunker Kiyevdə yerləşir. Bu bunker Bankova küçəsində Prezident Administrasiyası binasının altında yerləşir. Bunkerin parlament və hökumət binasına keçidləri var. Digər bunker keçmiş Arsenal zavodunun altındadır. Lvovda SSRİ dövründə mövcud olmuş Karpat Hərbi Dairəsinin yeraltı rabitə bunkerinin də Zelenski üçün hazırlandığı haqda iddialar var.

Bunkerlərdən biri İvano-Frankivskdə SSRİ dövündə mövcud olmuş 12-ci Baş İdarənin bazasında hazırlanıb. Vinnitsada Üçüncü Reyx dövründə istifadə edilən bunker də mövcuddur.

Karpat dağlarında İkinci Dünya müharibəsinin əvvəlində qazılmış bunker də siyahıya daxildir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.