azerbaycanxeberleritv.az » Manşet » Prokurorluqdan Ağdərədə tapılan insan sümükləri ilə bağlı açıqlama
Manşet / Gündəm / Hadisə / Müharibə / 3-04-2025, 15:42

Prokurorluqdan Ağdərədə tapılan insan sümükləri ilə bağlı açıqlama

Prokurorluqdan Ağdərədə tapılan insan sümükləri ilə bağlı açıqlama


Aprelin 2-də Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir.

Fakla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.