azerbaycanxeberleritv.az » Manşet » XIZIDA DƏRƏYƏ DÜŞMÜŞ AVTOMOBİLDƏN 2 QADIN XİLAS EDİLİB - YENİLƏNİB
Manşet / Regionlar / 30-08-2023, 11:23

XIZIDA DƏRƏYƏ DÜŞMÜŞ AVTOMOBİLDƏN 2 QADIN XİLAS EDİLİB - YENİLƏNİB

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azerbaycanxeberleritv.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub
Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 nəfər qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib.
FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.
Xızıda yağan qısamüddətli leysan yağışı nəticəsində bağlanan Giləzi-Xızı yolu açılıb.
Reportyor.tv şimal bürosunun verdiyi məlumata görə, yolda avtomobillərin hərəkəti bərpa olunub və köməksiz vəziyyətdə qalan şəxslərə müvafiq yardım göstərilib.
Xızıda yağan qısamüddətli leysan yağışı nəticəsində Giləzi-Xızı yolu bağlanıb.
Reportyor.tv şimal bürosunun verdiyi məlumata görə, palçıq kütləsi yolun 6-10-cu km-də yolda hərəkəti çətinləşdirib. Əraziyə texnika cəlb olunub və yolun açılması istiqamətində işlər davam etdirilir.
SON XƏBƏRLƏR

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.