azerbaycanxeberleritv.az » Manşet » “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
Manşet / Cəmiyyət / Dün, 15:00

“Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı

“Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Azərsun Holdinq” MMC-nin törəmə şirkət yoxlama aparılıb.

"Azerbaycanxeberleritv.az"ın XALQ.AZ-a istinadən məlumatına görə, qanuni təmsilçisi Halıl Tanrıverdı olan “Azərsun Kənd Təsərrüfati Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb.

Yoxlamalar zamanı səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 181111.55 manat əlavə vergi, 90555.79 manat maliyyə sanksiyası şirkət barəsində hesablanıb.

Xatırladaq ki, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC 2007-ci ildə təsis edilib və 41 milyon manat nizamnamə kapitalı var.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.