azerbaycanxeberleritv.az » Manşet » ABŞ və Ukrayna mineral sazişi imzaladı - Vaşinqtonun uğuru
Manşet / Dünya / Bugün, 10:30

ABŞ və Ukrayna mineral sazişi imzaladı - Vaşinqtonun uğuru

ABŞ və Ukrayna mineral sazişi imzaladı - Vaşinqtonun uğuru


ABŞ və Ukrayna Ukraynanın təbii sərvətlərinin, o cümlədən neft, qaz və digər mühüm faydalı qazıntıların işlənməsi üçün birgə investisiya fondunun yaradılması haqqında saziş imzalayıb.

"Azerbaycanxeberleritv.az" xarici KİV-ə istinadən xəbər verir ki, sənəd fondun idarə edilməsində tərəflərin bərabər iştirakını təmin edir, yeni mədən lisenziyaları vasitəsilə doldurulacaq, yerin təki və ehtiyatları üzərində nəzarət isə Kiyevdə qalır. Layihələrdən əldə olunan gəlirlərin vergi yükü olmadan Ukraynanın infrastrukturunun bərpasına və iqtisadiyyatının stimullaşdırılmasına yönəldilməsi planlaşdırılır. Müqavilə uzunmüddətli əməkdaşlığa və sabitliyə yönəlmiş iqtisadi tərəfdaşlıq kimi rəsmiləşdirilib.

Tramp bildirib ki, ABŞ bu sazişdən “350 milyard dollardan çox” əldə edə bilər. Onun sözlərinə görə, sələfi Co Bayden bu məbləği Kiyev hakimiyyətinə maliyyə tranşları və silah tədarükü ilə köçürüb.

"Prezident Trampın davamlı sülhü təmin etmək üçün yorulmaz səyləri sayəsində mən ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması ilə bağlı Birləşmiş Ştatlar və Ukrayna arasında bugünkü tarixi İqtisadi Tərəfdaşlıq Sazişini elan etməkdən məmnunam. Müqavilə Rusiyaya Tramp administrasiyasının uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukraynaya yönəlmiş sülh prosesinə sadiq olduğuna dair aydın siqnal göndərir”, - deyə ABŞ maliyyə naziri Skott Bessent açıqlama yayıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.