azerbaycanxeberleritv.az » Manşet » Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir
Manşet / Cəmiyyət / 8-05-2025, 18:00

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir


Şimal-Şərq Universitetinin (ABŞ) alimləri fiziki aktivliyin yaşa bağlı azalmasının təkcə əzələ kütləsinin və hərəkətliliyin itirilməsi ilə deyil, həm də beyin funksiyasının dəyişməsi ilə bağlı olduğunu irəli sürüblər.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Gerontology" (JGeront) jurnalında dərc olunub.

Elmi iş Kembric Yaşlanma və Nevrologiya Mərkəzinin apardığı araşdırmanın məlumatlarına əsaslanır. Burada 18 yaşdan 81 yaşa qədər könüllülər iştirak ediblər. Alimlər müəyyən ediblər ki, fiziki fəaliyyətdə kəskin azalma təxminən 49 yaşında başlayır. Bu, beynin diqqət və özünü idarə etməyə cavabdeh olan müəyyən bölgələrindəki dəyişikliklərlə üst-üstə düşür.

Araşdırmaların davam etdiyi qeyd olunub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.