azerbaycanxeberleritv.az » Manşet » Rövşən Məmmədov sabiq deputat köməkçisinə vəzifə verdi
Manşet / Gündəm / Cəmiyyət / 16-05-2025, 18:00

Rövşən Məmmədov sabiq deputat köməkçisinə vəzifə verdi

Rövşən Məmmədov sabiq deputat köməkçisinə vəzifə verdi

Aqil Quliyev AzTV-nin kadrlar və xüsusi işlər Departamentinin rəhbəri təyin olunub.

"Azerbaycanxeberleritv.az" bildirir ki, bu barədə KONKRET.az-a məlumat daxil olub.

Məlumata görə, Aqil Quliyev Bakı şəhəri Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbin məzunudur. O, əvvəllər Bakı Dövlət Universitetində və "Ədalət” qəzetində fəaliyyət göstərib, deputat köməkçisi olub.

Həmçinin AMEA-nın Hüquq və İnsan haqları institutu publik hüquqi şəxsin direktor köməkçisi işləyib.

AzTV-nin mətbuat xidmətindən bildirilib ki, onlarda belə bir təyinatla bağlı məlumat yoxdur: "Bizə belə bir informasiya verilməyib".

Qeyd edək ki, AzTV-nin rəhbəri Rövşən Məmmədovdur.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.