Kim olursa olsun,nakam ömür qoyub getdiklərinə,əzizlərinə,sevdiklərinə,dostlarına dərd qoyub getməkdir.Ancaq bu dünyadan köçməyin şərəfli ölüm payı da vardır ki,o da şəhidlikdir.Və hər bir şəhiddən bu dünyada əbədi oxunacaq bir həyat hekəyəsi qalır.O hekayə ki,sevdiklərini yandıra-yandıra ,eyni zamanda qürur verə-verə,elinə-obasına,nəslinə kökünə,bütövlükdə xalqına şərəf gətirə-gətirə oxunacaq,xatırlanacaq.Ona görə də deyərdim ki,şəhidlərimizin hər biri ürəkləri yandıran köz,bu şərəfli ölümün mahiyyəti isə o közü söndürən sudur.
Şəhidlik kimin üçünsə seçim deyi.O haqdan gələndir.O alın yazısıdır.Şəhidlik yeganə cismani ölüm formasıdır ki,o arzulanır.Ancaq hər adama da qismət olmur.Şəhidlik Tanrı dərgahına getməkdir,peyğənbər yanında məksn seçməkdir.
Məlumdur ki,xalqımız hər İkinci Qarabağ müharibəsində torpaqlarımıza tökülən şəhid qanlarının bahasına ərazi bütövlüyümüzü bərpa etdi.
II Qarabağ müharibəsində canını Vətən üçün qurban verən qəhrəman oğullarımızdan biri də əslən Ağdam rayon Mərzili kəndindən olan iki bacının bir qardaşı olan Balacayev Qəribdir.
Balacayev Qərib Nəsib oğlu 1997-ci ilde Ağcabədi rayonunun Yuxari Qiyəməddinli kəndində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndi.Qərib 2005ci ildə Beyləqan rayon Təzəkənd kəndində Şəhid Əliheydər Məmmədov adına tam orta məktəbə 1-ci sinifinə gedib. 2016ci ildə həmin məktəbi bitirib.Ele həmin ilin 8 iyulunda Ağdam rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.Hərbi xidməti N saylı hərbi hissədə "Rabitə kəşfiyyatçısı" kimi xidmət etmişdir. 2018ci il 8 yanvarda hərbi xidməti başa vurmuşdur.2019-cu ildə özəl şirkətlərin birində sürücü kimi işə başlamışdı.Lakin işini yarımçıq qoyaraq 2019-cu ildə 181 saylı hərbi hissədə MAXE "Baş mexanik sürücü "kimi işə başlamişdir. Qərib hərbi hissədə keçirilən bir neçə yarışlarda öz ekibaj qrupunu 1ci yerə çıxarmışdır .O PDM 310 maşınını idarə edirdi.Qərib evin tək oğlu və subay idi.O bir çox idman yarışlarında 1_ci və 2ci yerləri tutmuşdur.27 sentyabrda başlayan döyüşlərdə öz BMP310 ilə ilk sədd yaranlardan olub düşmənin 8e yaxin posdunu məhv ediblər.100-ə yaxin hərbçinin həyatını xilas ediblər. Ele həmin vaxt öz kapitani ile birlikdə minaya düşərək qəhrəmancasina şəhid olub. Ölümündən sonra "Vətən uğrunda ordeni" və "Fizulinin azad olunmasina görə medali", "İgidliye görə medali" ile teltif olunub
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!