azerbaycanxeberleritv.az » Manşet » Məşhur iş adamı İlham Şıxseyidov bu qaydalara əməl etməyərək cərimələnir
Manşet / İqtisadiyyat / Cəmiyyət / 28-05-2025, 14:30

Məşhur iş adamı İlham Şıxseyidov bu qaydalara əməl etməyərək cərimələnir

Məşhur iş adamı İlham Şıxseyidov bu qaydalara əməl etməyərək cərimələnir


İş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi “Conco” QSC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, sözügedən QSC İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Conco” ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 29 may tarixində hakim Habil Məmmədovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.Tribunainfo.az

Qarşı tərəfi dinləməyə hazırıq.//XALQ


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.