azerbaycanxeberleritv.az » Manşet » AVRO-2024: Millimiz bu gün Belçika yığmasını qəbul edəcək
Manşet / İdman / 9-09-2023, 10:22

AVRO-2024: Millimiz bu gün Belçika yığmasını qəbul edəcək

 

Bu gün Azərbaycan futbol millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Azerbaycanxeberleritv.az xəbər verir ki, yığmamız V turda Belçika ilə üz-üzə gələcək.

Saat 17:00-da “Dalğa Arena”da baş tutacaq qarşılaşmanın baş hakimi Nenad Minakoviçdir. (Serbiya)

Qeyd edək ki, Canni De Byazinin kollektivi ilk üç oyununda aktivinə cəmi 1 xal yazdıra bilib. Rəqib Belçika millisi isə hazırda FİFA reytinqində 5-ci pillədə qərarlaşır.

Xal durumu: Avstriya - 10, Belçika - 7, İsveç - 3, Estoniya - 1, Azərbaycan - 1.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.