azerbaycanxeberleritv.az » Manşet » Zaqatalada körpünü sel apardı - Foto
Manşet / Regionlar / 19-09-2023, 16:56

Zaqatalada körpünü sel apardı - Foto

 

Son günlər leysan xarakterli yağan yağışlar Zaqatala rayonunda da fəsadlar törədib. 

“Azerbaycanxeberleritv.az” xəbər verir ki, rayonun Qazangüldə qəsəbəsində körpünü sel aparıb. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Zaqatala rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hadisə sentyabrın 17-si gecə saatlarında baş verib: “Gələn güclü sel nəticəsində körpünün bənd hissəsini su aparıb. Körpü istifadəsiz vəziyyətə düşüb. Onun bir hissəsi qalıb, digər hissəsini su aparıb”. 



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.