Yeqin ki,44 günlük Vətən müharibəsi başladığı,yəni İkinci Qarabağ müharibəsi günləri hamının yadındadır. 30 ilə yaxın bir müddətdə torpaqlarımızın düşmən tapdağında qalması xalqımızı görünməmiş dərəcədə səbrsizləşdirmişdi.İşğal faktının uzanması və düşmənə nifrətindən türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə deyirdi ki, Allah alsın əlimizdən səbrimizi.
Müharibənin ilk günlərindən xalq-ordu birliyi qələbənin lap yaxın günlərində olacağını təxmin etməyə imakn verirdi Bir məqamı xatırladım ki, bütün xalqlar müharibə istəmədiyi halda,yeganə xalqıq ki,müharibənin başlanmasını həsrətlə gözləmişdik.Xalqımız qələbə təşnəsi idi.Əsgərlərimiz müharibənin başlanmasını az qala bayram kimi qarşılamışdılar.O sıradan da, Şıxəliyev Fariz.Onun haqqında kim danışırsa,kim xatirə yazıbsa Fariz bir vətənpərvər kimi müharibəni gözləməsi,torpaqlarımızın azad edilməsi fikirləri qırmızı xətt kimi ifadə edir .
GİZİR ŞİXƏLİYEV FARİZ ŞAHVERDİ OĞLUGizir Şixəliyev Fariz Şahverdi oğlu 10 dekabr 1987-ci ildə Xabarovski vilayətində anadan olmuşdur.1994-2004-cü illərdə Şamaxı rayon Qaravəlli kənd tam orta məktəbini bitirmişdir. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin nəzdində hərbi tibb fakültəsinə qəbul olmuşdur.2011-ci ildə həmin fakültənin "ferdşer" ixtisasını bitirərək "Gizir" hərbi rütbəsini alaraq Beyləqanda yerləşən N saylı hərbi hissənin tibb məntəqəsində ferdşer,2012-ci ildə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir.2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi.2016-cı il "Aprel" döyüşlərində Talış istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Nümunəvi xidmətlərinə görə "Yubiley" və "Silahli quvvəlarin 95 illik medali" ll-lll dərəcəli "Qüsursuz" xidmətlərə görə medalları ilə təltif olunmuşdur.27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlandığı vaxtdan Cəbrayıl,Füzuli,Qubadlı və Zəngilan rayonlarının alınmasında böyük şücaət göstərmiş, 27 oktyabr 2020-ci il tarixində Xocavənd-Şuşa (Çanaqçi kəndi)istiqamətində ağır döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir.Ailəli idi.Bir oğul övladı bizlərə əmanət qalmışdır. Doyuslərdə 2 ermeni polkovnik əsir goturub,11 ermeni digasini mehv edib, 3 texnika qənimət goturub.Olumdan sonra Orden və medallarla təltif olunub."Azərbaycan Bayrag ordeni" "Veten ugrunda, "Cəsur doyuşçu" Cəbrayılın azad olunmasi" "Füzuli ugurunda" ,"Xocavənd ugurunda", "Vətən muharibəsinin iştirakçisi"" Şücaətə gorə " medallari alib.Xidmat dövrü ərzində" 12" Medal ve "11" Fəxri fexranla təltif olunmuşdur.Şəhidlar ölməz vətən bölunmaz.
Ruhun Şad olsun igidim
Allah rəhmət eləsin!