Yeqin ki,44 günlük Vətən müharibəsi başladığı,yəni İkinci Qarabağ müharibəsi günləri hamının yadındadır. 30 ilə yaxın bir müddətdə torpaqlarımızın düşmən tapdağında qalması xalqımızı görünməmiş dərəcədə səbrsizləşdirmişdi.İşğal faktının uzanması və düşmənə nifrətindən türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə deyirdi ki, Allah alsın əlimizdən səbrimizi.
Fərid Lillahov Loğman oğlu 1999-cu il mart ayının 6-da anadan olmuşdur. 2005-2016-cı illərdə şəhid Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd orta məktəbini bitirmişdir. 2019-cu ilin yanvar ayında Azərbaycan silahlı qüvvələrinə müddətli həqiqi xidmətə çağrılmışdır. 2020-ci il iyul ayında xidmətini başa vurmuş, doğma kəndinə qayıtmışıdır. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlandıqda vətənin müdafiəsinə yola düşmüşdür. 44 günlük müharibədə qələbəyə Qırmizi bazar Xankəndi Şuşa döyuşləri Ən son döyüşü elə Şuşada olub və Şuşanın alinması Günü qəhrəmancasına şəhid olmuşdur. 11 noyabr 2020 - ci ildə doğulduğu Baş Daşağıl kəndində dəfn olunmuşdur.
Ölmündən sonra Azərbaycan Repulikasının Prezidenti İlham Əliyevin 15.12.2020 - ci il, 18.12.2020 - ci il və 29.12.2020 - ci il tarixli Sərəncamları ilə Fərid Lillahov " Vətən uğrunda ", " Cəsur döyüşçü " və " Şuşanın azad olunmasına görə " medalları ilə təltif olunmuşdur.
Allah şəhidimizə rəhmət eləsin!