azerbaycanxeberleritv.az » Manşet » Ruslar əks-hücuma keçdi, bu ərazilərdə irəlilədilər
Manşet / Dünya / Siyasət / 11-10-2023, 11:44

Ruslar əks-hücuma keçdi, bu ərazilərdə irəlilədilər

 

Ruslar Ukrayna hərbçilərini Rabotinodan çıxarmaq üçün Avdeyevka yaxınlığında və Zaporojye vilayətinin qərbində hücumlarını gücləndiriblər.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rus qoşunları Avdeyevkanın şimal-qərbində Oçeretino, Tonenkoye, Berdiçev və Avdeyevkanın cənub-qərbində Vodyanoye-Opıtnoye xəttində hücum əməliyyatlarını gücləndirib. Onlar həmçinin Orexovun cənub-qərbinə, Pyatixatki-Jerebyanki xəttinə hücum ediblər. Rus hərbi blogerlərinin iddialarına əsasən, Rusiya ordusu bölgədə iki kilometr irəliləyib.

Ukrayna Baş Qərargahı isə üç rus batalyonun hücum etdiklərini təsdiqləyib. Eyni zamanda, qeyd olunub ki, Rusiyanın Avdeyevka-Donetsk xətti boyunca hücumları ukraynalıların Zaporojye bölgəsinə qoşun yeritməsinin qarşısını almaq məqsədi daşıyır”, - məlumatda deyilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.