azerbaycanxeberleritv.az » Manşet » GƏNCƏNİ RAKETLƏ VURANLARIN BƏZİLƏRİ HƏBS OLUNUB" - Baş prokuror
Manşet / Siyasət / Gündəm / 11-10-2023, 12:00

GƏNCƏNİ RAKETLƏ VURANLARIN BƏZİLƏRİ HƏBS OLUNUB" - Baş prokuror

 

Gəncənin Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən raketlə vurulmasından 3 il ötür. Bu cinayəti edənlərin və azərbaycanlılara qarşı digər cinayətləri törədənlərin artıq bir neçəsi həbs edilib.
"Azərbaycanxeberleritv.az" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror bildirib ki, hazırda onlar barəsində istintaq hərəkətləri aparılır: "Bu, hadisələrin ildönümü ərəfəsində təsəlli verir. Həm birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə, daha sonra isə atəşkəs dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı cinayət işləri açılıb. Hərbi Prokurorluqda, Baş Prokurorluqda və Dövlət Təhlükəsizliyi Xidmətində bu cinayət işləri üzrə istintaq hərəkətləri aparılır”.

Bizimlə əlaqə saxlayın


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.